“Onlar sadəcə ifaçıdır“ - Həmkarlara ağır sözlər - Video

saytların hazırlanması

Evə çatdırılma

“Onlar sadəcə ifaçıdır“ - Həmkarlara ağır sözlər - Video

Şou

08 May 2023 15:21 1055


“Azərbaycan şou-biznesində kişilər arasında meqastar, ulduz yoxdur. Miri Yusifi sənətkar kimi qəbul etmirəm”.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, bu sözləri müğənni Yaşar Cəlilov “Salamlar” verilişində qonaq olarkən deyib.

Sənətçi Azərbaycan şou-biznesində meqastar hesab etdiyi məşhurlardan söhbət açıb: Sezar pizza

“Mənim üçün Azərbaycanda bir ulduz var – Röya Ayxan. Onu insan, müğənni kimi dünyalar qədər sevirəm. Röyanın sənətini də çox sevirəm. Kişi müğənnilərdən isə Eyyub Yaqubov və İlqar Muradovu ulduz hesab edirəm.

Azərbaycan şou-biznesində kişilər arasında meqastar, ulduz yoxdur. Miri Yusifi kimsə sənətkar kimi qəbul etməyə bilər, bu, hər kəsin şəxsi fikridir. Mən də onu sənətkar kimi qəbul etmirəm. İfaçıdır. O da zalı doldurur”.

Aparıcı Fariz İlyasın “Xalq artisti Faiq Ağayev illər əvvəl ard-arda konsert verərək, rekord qırıb. Onu meqastar kimi nəzərə almırsan” sualına müğənni “İndi zalı doldurur? Konsert versin, görək, zalı doldurursa, o zaman sualınıza cavab verəcəyəm” – deyə cavab verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!