Orduda narkomaniya əleyhinə tədbir - “Heç bir qəbahət yoxdur”

saytların hazırlanması

Evə çatdırılma

Orduda narkomaniya əleyhinə tədbir - “Heç bir qəbahət yoxdur”

Sosial

08 Yanvar 2022 12:18 963


Azərbaycan Ordusunda narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair 2022-ci tədris ili üçün birgə tədbirlər planı hazırlanıb.

Yenisabah.az-a açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev bildirib ki, bu səpkili tədbirlər hər yerdə keçirilir:

“Söhbət ondan getmir ki, Azərbaycan Ordusunda narkomanlar var deyə bu tədbirlər keçirilir. Birincisi, narkomaniya cəmiyyətin bir bəlasıdır. Məsələn, orta məktəblərdə, yaxud universitetlərdə bu tədbir keçirilirsə, deməli, maarifləndirmə məqsədilə həyata keçirilir.  Marqarita pizza

Orduya çağırılan şəxs, o cümlədən digər güc strukturlarına cəlb olunan heyət mütləq və mütləq narkoloji dispanserdə müayinədən keçib analizlərini verir və orada qeydiyyatda olmamaqla yanaşı sağlam haqqında arayışlar təqdim edirlər”.

Hərbi ekspert əlavə edib:

“Belə tədbirlər bütün hərbi tədris müəssisələrində keçirilməlidir. Çünki insanlar hər gün narkotacirlər, yaxud narkotik istifadəçilərinin saxlanıldığına dair məlumatlar eşidir. Üstəlik, ordunun əsas heyəti isə gənclərdən ibarətdir, onlar da təsir altına düşə bilər. Ona görə də, bu sayaq tədbirin keçirilməsində heç bir qəbahət yoxdur”.

Rafi MÜSLÜMOV

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!