Ostinin Pentaqon rəhbəri vəzifəsinə namizədliyi təsdiqləndi
23 Yan 2021 09:53
223

Ostinin Pentaqon rəhbəri vəzifəsinə namizədliyi təsdiqləndi

ABŞ Senatı ehtiyatda olan 67 yaşlı general-leytenant Lloyd Ostinin Pentaqon rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib.

Yenisabah.az xəbər verir ki, 93 senator onun namizədliyinə, 2-si isə əleyhinə səs verib.

Onun bir gün əvvəl namizədliyini Senatın profil komitəsi dəstəkləyib.

Qeyd edək ki, 7 ildən az müddətə mülki müdafiə naziri vəzifəsinə namizədlər Konqres tərəfindən təsdiq edilməlidirlər.

Ostin 2016-cı ildə təqaüdə çıxıb. O, Almaniyada və ABŞ-ın bir çox ştatlarında xidmət edib. 

2010-cu ildə ABŞ-ın İraqdakı qüvvələrinin komandiri kimi qoşunların ölkədən tədricən geri çəkilməsinə məsul olub. 

2011-ci ilin dekabrında Quru Qoşunları Baş qərargah Komandanının müavini təyin edilib. 

2013-2016-cı illərdə ABŞ Mərkəzi Komandanlığına rəhbərlik edib. Bu vəzifədə Vaşinqtonun İŞİD-lə mübarizə strategiyasının inkişaf etdirilməsində əsas rol oynayıb.

2016-cı ildə təqaüdə çıxdıqdan sonra ən böyük silah istehsalçısı “Raytheon”un İdarə Heyətində vəzifə alıb. (APA)

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər