Şairə, aparıcı Nazilə Səfərli sosial şəbəkədə müğənni Xatun Əliyevaya söz atıb.
Yenisabah.az xəbər verir ki, şairə küsülü olduğu müğənni haqda sərt fikirlər yazıb:
"Ona-buna lağ edən "oxuyançik", Allah payını verdi. Erməni ilə şəklin yan-yana qoyulub. Özü də oğurluq üstündə. Bu mükafatın ölümə bərabərdir. Get indi 30 manatlıq hədiyyələri verən kəslərdən hallallıq al, gör verən olacaq? Lağ etmədiyin adam qalmadı. Hamının adına şəbədə qoşdun. Bu da cavabı. Atalar demiş, böyük loxma ye, böyük söz danışma. "Üzüldüyüm bir nüans var ki, qurunun oduna yaş da yandı".
Xatırladaq ki, Xatun Əliyeva və Rüfət Axundovun "Sənə qədər" adlı duetinin erməni ifaçılar Sona Sarkisyanla Ara Martirosyanın birgə ifa etdiyi "40 Градусов" mahnısının plagiatı olduğu üzə çıxıb.
https://cdn.yenisabah.az/files/nc1.png Telegram kanalımız