Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Özbəkistanda ABŞ hərbi qüvvələri yerləşdirilə bilər - İDDİA
14 Okt 2021 01:29
323

Özbəkistanda ABŞ hərbi qüvvələri yerləşdirilə bilər - İDDİA

Özbəkistanda ABŞ hərbi qüvvələri yerləşdirilə bilər.

Yenisabah.az xəbər verir ki, müvafiq iddia ilə “Politico” nəşri çıxış edib.

Bildirilib ki, burada söhbət antiterror qüvvələrindən gedir.

Məlumata görə, Pentaqonun nümayəndə heyəti məsələ ilə bağlı danışıqların növbəti raundunda iştirak etmək üçün bu ay ərzində Özbəkistana səfər edəcək.

Səfər çərçivəsində ölkə rəhbərliyi ilə görüşlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Pentaqon xeyli müddətdir Mərkəzi Asiya ölkələrində hərbi qüvvələrinin yerləşdirilməsi istiqamətdə Tacikistan, Qırğızıstan və Özbəkistanla danışıqlar aparır. ABŞ Müdafiə Nazirliyinin bu ölkələrdəki keçmiş Sovet hərbi bazalarından istifadə etmək istədiyi bildirilir./Oxu.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər