Özbəkistanda ötən il Qaraqalpaqıstan Muxtar Respublikasında baş vermiş iğtişaşlarla bağlı məhkəmə prosesində aksiyalarda iştirak edən şəxslər mühakimə olunub.
Yenisabah.az UzA-ya istinadla xəbər verir ki, əsas müttəhimlərdən biri olan Dövlətmurad Tacimuradov 16 il azadlıqdan mərhumetmə cəzasına məhkum edilib. Laləgül Kallıxanova isə 8 il həbslə cəzalandırılıb. 4 nəfərə isə 5 illik hökm oxunub.
Ümumən məhkəmə 18 nəfər barəsində 3 ildən 16 ilə qədər həbs qərarları çıxarıb. Dominos pizza
Xatırladaq ki, 2022-ci ilin iyulunda Özbəkistanda Konstitusiya islahatları çərçivəsində Qaraqalpaqıstanın muxtariyyətinin ləğvi ilə bağlı müddəanının dəyişikliklər layihəsinə salınması etirazlara səbəb olub. Rəsmi Daşkənd sonradan bu müddəanı layihədən çıxarsa da, etirazlar mərkəzin müdaxiləsi ilə yatırılıb. Paytaxt Nukus və ətraf şəhərlərdə baş verən hadisələrdə 21 nəfər həyatını itirib, 274 nəfər yaralanıb, 516 etirazçı isə saxlanılıb.
Telegram kanalımız