Özündən 48 yaş böyük Patrik adlı amerikalı ilə evlənən aktrisa Meltem Miraloğlu evdən qaçması ilə bağl yayılan xəbərlərə aydınlıq gətirib.
“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı aktrisa yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib:
"Evdən qaçmağımla bağlı məlumatlar düzgün deyil. Patrik ilə münasibətlərim əladır". pizza mizza
Qeyd edək ki, Miraloğlunun gizli evliliyinin üstünü açan yazar Onur Akay televiziyada canlı yayıma telefonla qoşularaq aktrisanın Azərbaycanda oğurluq etdiyini və buna görə Türkiyədən qaçdığını söyləmişdi: "Meltem ABŞ-dan əvvəl Azərbaycanda gedib və orada bir filmin təqdimatına qatılıb. Təqdimat zamanı yanındakı müğənnilərdən biri ilə böyük hadisə baş verib. Yanında olanların mənə dedikləri bir iddia var. Mən də çox təəccübləndim. Bir oğuluq hadisəsindən bəhs etdilər. Yəni ABŞ-a məcburiyyətdən qaçıb".
Telegram kanalımız