Azərbaycanda dayanıqlı sosial-iqtisadi inkişaf əhalinin gəlirlərinin, o cümlədən həssas qruplara yönələn sosial ödənişlərin artırılması istiqamətində ardıcıl şəkildə mühüm addımların atılması ilə müşahidə olunur.
“Yeni Sabah” xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Dünya Bankının Azərbaycanda rifah və rifahın paylanması ilə əlaqədar təhlil üzrə missiyası ilə görüşdə vurğulayıb.
M.Kərimli bildirib ki, respublikada iqtisadi artımla bərabər, rifah səviyyəsinin yaxşılaşdırılmasına xidmət edən məqsədyönlü dövlət proqramları nəticəsində ölkədə yoxsulluq və işsizliyin kəskin şəkildə azalıb. O, ölkədə etibarlı social müdafiə sisteminin qurulduğunu, yeni iş yerlərinin yaradılmasının daimi xarakter aldığını, social müdafiə siyasətində passiv tədbirlərdən aktiv tədbirlərə keçildiyini deyib. Dominos pizza
“Birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə, həssas qruplar üçün dövlət büdcəsi hesabına mənzil tikintisinin güclənməsinə, şəhid ailələrinə ödənilən Prezident təqaüdlərinin, 1,3 milyon nəfəri əhatə edən pensiyaçıların 94 faizinin pensiyasının, 600 mindən çox işçinin əmək haqqının artımına imkan verib. Aztəminatlı ailələrin dövlətin sosial yardım proqramı ilə əhatə olunur, bununla bərabər bu kateqoriyadan olan ailələrin kiçik biznesə çıxışınına imkan verən özünməşğulluq proqramının əhatə dairəsinin 6,5 dəfə genişlənib, son bir ildə bu proqrama 7,3 minədək ailənin cəlb edilib”.
Görüşdə missiyanın Azərbaycanda rifah və rifahın paylanması ilə əlaqədar araşdırmalarının nəticələri müzakirə olunub, yoxsulluğun qiymətləndirilməsi metodologiyasının təkmilləşdirilməsinə, ölkəmizdə sosial sahədə aparılan islahatlara dair fikir mübadiləsi aparılıb.
Telegram kanalımız