Dərin iqtisadi böhran içində olan Pakistan dövlət aktivlərini xarici ölkələrə satır.
Yensiabah.az "Daily Pakistan"a istinadla xəbər verir ki, neft-qaz şirkətlərinin və dövlətə məxsus elektrik stansiyalarının səhmlərinin Birləşmiş Ərəb Əmirliklərinə satılaraq 2-2,5 milyard dollar gəlir əldə ediləcəyi gözlənilir.
Pakistan iyulun 14-də Beynəlxalq Valyuta Fondu ilə 1,17 milyard dollar vəsait almaq barədə razılığa gəlib, lakin BVF Pakistandan 4 milyard dollarlıq maliyyə kəsirini bağlamağı tələb edib. pizza hut
Bildirilir ki, Pakistan hökuməti bu boşluğu aradan qaldırmaq üçün təcili olaraq dövlət əmlakını xarici ölkələrə satmaq barədə qərar qəbul edib.
Telegram kanalımız