Parisdə Azərbaycan məktəbi fəaliyyətə başladı

saytların hazırlanması

Evə çatdırılma

Parisdə Azərbaycan məktəbi fəaliyyətə başladı

Dünya

27 Noyabr 2022 22:31 908


Fransanın paytaxtı Paris şəhərində yerləşən Azərbaycanın Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Fransadakı səfirliyinin, Diaspora üzrə Dövlət Komitəsinin dəstəyi, Diaspor təşkilatlarının təşkilatçılığı ilə Azərbaycan dili üzrə həftəsonu məktəbi uzun fasilədən sonra yenidən fəaliyyətə başlayıb.

Yenisabah.az xəbər verir ki, məktəbin açılışında Azərbaycanın Fransaya yeni təyin olunan səfiri Leyla Abdullayeva, səfirliyin siyasi məsələlər üzrə müşaviri Nigar Hüseynova, Azərbaycan diasporunun nümayəndələri və digər şəxslər iştirak ediblər.

Məktəbin açılışında məqsəd Azərbaycan dilini Fransadakı uşaqlara öyrətmək, Azərbaycanın mədəniyyətini, ənənələrini təbliğ etməkdir./Report pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!