“Paşinyan Azərbaycanla yeni saziş imzalamağa hazırlaşır” - Keçmiş səfir

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan Azərbaycanla yeni saziş imzalamağa hazırlaşır” - Keçmiş səfir

Siyasət

17 Aprel 2021 18:10 1039


“Ermənistan Baş naziri Nikol Paşinyan və komandası indi Azərbaycanla Dostluq və Əməkdaşlıq Sazişinin hazırlanması ilə məşğuldur”.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan deyib.

O, Paşinyan tərəfindən hazırlanan sənədin sülh sazişi olacağını bildirib. Pepperoni pizza

Minasyan hesab edir ki, bu sazişlə Ermənistana Azərbaycana təslim olması beynəlxalq hüquq mexanizmləri ilə rəsmiləşəcək

“Bu onun missiyasının son akkordudur””, - sabiq diplomat vurğulayıb.

Minasyan hesab edir ki, bu müqavilənin hazırlanmasının müvəqqəti qərar olduğunu düşünənlər yanılırlar.

O, Ermənistan ordusunun müharibədə tamamilə zəiflədiyini, Paşinyana qarşı müqavimət göstərmək gücündə olmadığını bildirib. Eyni zamanda, qeyd edib ki, baş nazirin Azərbaycanla bu sazişi imzalaması üçün münbit zəmin var.

“Üstəlik, bu məsələdə o, bütün xarici oyunçuların dəstəyindən istifadə edir: Türkiyə, Rusiya, Azərbaycan, ABŞ və Fransa. Həmin ölkələr Böyük Britaniya BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı sanksiyaların qarşısını alanda susdular”./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!