Paşinyan təqsiri keçmiş iqtidarın boynuna qoydu

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan təqsiri keçmiş iqtidarın boynuna qoydu

Rəsmi

12 Aprel 2023 17:26 1111


“Öz müqəddəratını təyin etmək haradasa olub başqa yerə köçməkdir. "Madrid prinsipləri"ndən əvvəl Qarabağın yerləşdiyi yer Sovet İttifaqı idi, "Madrid prinsipləri"ndən sonra isə Azərbaycan olub”.

Yenisabah.az “Sputnik Armenia”ya istiandla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Ermənistan Milli Məclisindəki hökumətlə sual-cavab iclasında bildirib.

O, Ermənistan tərəfinin Azərbaycandan heç bir ərazi iddiası olmadığını dedikdə, bunun erməni cəmiyyətində Qarabağdan imtina ilə əlaqələndirilməsi məsələsinə toxunub. pizza hut

Paşinyan vurğulayıb ki, "Madrid prinsipləri"nə görə, Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb.

Onun sözlərinə görə, 2007-ci ildə hakimiyyətin ötürülməsi zamanı Serj Sarkisyanın Baş nazir, Robert Köçəryanın isə prezident olduğu dövrdə "Madrid prinsipləri" ortaya çıxıb, eləcə də ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsipləri önə çəkilib. Qeyd olunub ki, Qarabağın statusu tənzimlənməli və onun mexanizmi Azərbaycan tərəfindən razılaşdırılmalıdır.

Baş nazir əlavə edib ki, bununla da çox ciddi konseptual dəyişiklik baş verib:

“Etibarlı məlumata görə, həmin prinsiplərin müəllifi Ermənistan tərəfidir. Belə bir sual yaranır: əgər Qarabağı Azərbaycanın tərkib hissəsi hesab etmiriksə, status məsələsi niyə Azərbaycanla razılaşdırılmalıdır?”

Paşinyan bunun keçmiş hakimiyyətin ən böyük səhvi olduğunu, 2018-ci ildən sonra bu barədə danışmadıqlarını və bütün bunları xalqa izah etmədiklərini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!