“Əvvəllər deyirdik ki, bu erməni digərindən yaxşıdır. Amma indi deyirik ki, bu erməni o ermənidən də pisdir, yaxşı deyil. Odur ki, onlar hər zaman Azərbaycan əleyhinə fikirlər səsləndiriblər və bundan sonra da səsləndirəcəklər. Burda qəribə heç nə yoxdur. Qərib o zaman olardı ki, Azərbaycan haqqında xoş bir söz deyəydi…”.
Bunu millət vəkili Aqil Abbas deyib. Onun sözlərinə görə, Paşinaynın Azərbaycan haqqında səsləndirdiyi ifadə mənə itin misalını yadıma salır: “İtə deyirlər niyə hürürsən, deyir, qorxuduram. Bəs, niyə quyruğun əsir, deyir ki, qorxuram. Paşinyanın İranda səsləndirdiyi fikir də bu misala bənzəyir. Azərbaycandan qorxduqlarından belə fikirlər səsləndirirlər”, – deyə A. Abbas deyib.
O, əlavə edib ki, digrə tərəfdən də Paşinyanın bu fikirləri daha çox erməni cəmiyyətinin başını qatmağa, daxili auditoriyaya hesablanan fikirlərdir: Marqarita pizza
“Bu gün Ermənistan rəhbərliyi Azərbaycanın qüdrətini yaxşı bilir, sadəcə gözə kül üfürürlər. Ermənistan inkişafına görə Azərbaycandan ən azından 3-4 dəfə geri qalır. Odur ki, daha çox daixili auditoriyaya hesablanan bəyanatlardır”.
İranda separatçı Dağlı Qarabağ rejiminin bayrağının qaldılrmasına və “Qarabağ-Ermənistan “ şüarının səsləndirilməsi məsələsinə gəldikdə isə deputat bildirib ki, bu xoşa gələn hadisə olmadığından İran bu məsələyə aydınlıq gətirməlidir.
Ölkə.Az
Telegram kanalımız