28 May - 17:12
Pedofillərə ömürlük həbs - Putin qanunu imzaladı

Pedofillərə ömürlük həbs - Putin qanunu imzaladı

Dünya

28 Yan 2022 15:04


Rusiya prezidenti Vladimir Putin residivist pedofillərə ömürlük həbs cəzası nəzərdə tutan qanunu imzalayıb.

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbr verir ki, müvafiq sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

18 yaşına çatmamış yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığı əleyhinə cinayətlərin təkrar törədilməsinə görə maksimum ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərdə tutulur. Əvvəllər belə cəza tədbiri yalnız 14 yaşına çatmamış uşaqlara qarşı təkrar cinayət törətmiş pedofillərə şamil edilirdi.

Ömürlük azadlıqdan məhrum etmə, həmçinin iki və ya daha çox yetkinlik yaşına çatmayanlara qarşı cinayət törətmiş şəxslərə və belə cinayətin başqa ağır və ya xüsusilə ağır cinayətin törədilməsi ilə bağlı olduğu hallarda da nəzərdə tutulur.

Qanun həmçinin belə cinayətlərin ibtidai istintaqının Rusiya Federasiyası İstintaq Komitəsinin müstəntiqlərinin səlahiyyətlərinə aid olduğunu nəzərdə tutur.


Youtube kanalımız


Digər xəbərlər