Pensiyalar artımla birlikdə veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Pensiyalar artımla birlikdə veriləcək

Sosial

13 Fevral 2019 12:39 1057


Əmək pensiyaları ötən ayın artımı ilə birlikdə yaxın günlərdə verilməsinə başlanılacaq. Artıq bununla bağlı texniki işlər aparılır. Ümumilikdə isəbu artım 1 milyon 200 min nəfəri əhatə edəcək.

Yanvar ayı üçün nəzərdə tutulan artım bu ayın pensiyaları ilə birgə ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun şöbə müdirinin müavini Eyvaz İsmayılov deyib.Onun sözlərinə görə,Dövlət Statistika Komitəsi tərəfindən ötən il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempi 3 faiz müəyyənləşdirilib.Ümumilikdə isə pensiya artımı 1 milyon 200 min nəfəri əhatə edəcək.

Eyvaz İsmayılovun sözlərinə görə,bəzi kateqoriya şəxslər pensiyalarına qulluq stajına görə əlavə alırlar,həmin şəxslərin pensiyaları vaxtı ilə işləmiş olduqları vəzifənin maaşı artdıqda yenidən hesablanır. Eyvaz İsmayılov bildirdi ki, pensiyalar yaxın günlərdə veriləcək. Hazırda bununla bağlı texniki işlər aparılır... pizza

Xezerxeber.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!