Pensiyalarla bağlı ŞAD XƏBƏR: Nə qədər artacağı AÇIQLANDI - VİDEO

Pensiyalarla bağlı ŞAD XƏBƏR: Nə qədər artacağı AÇIQLANDI - VİDEO

Sosial Veb saytların hazırlanması

02 Oktyabr 2023 11:06 24022


"2024-cü ilin yanvar ayından etibarən bütün əmək pensiyaları indeksiyasiya olunaraq artırılacaq".

“Yeni Sabah” xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı Vüqar Bayramov "ATV xəbər"ə açıqlamasında bildirib:

"İlkin gözlənti ondan ibarətdir ki, pensiyalar təxminən 11 faiz ətrafında indeksiyasiya olunaraq artımlar reallaşacaq. Çünki bu ilin geridə qalan aylarında orta aylıq əməkhaqqı 11.3 faiz artıb. Buna uyğun olaraq da artımlar baş verəcək. Əvvəlki illərdə pensiyası inseksiaysiya olunmayan 100 min vətəndaşımızın da 2024-cü ildə pensiyaları indeksiyasiya olunaraq artırılacaq. Aylıq 425 AZN alan vətəndaşın pensiyası 50 AZN artacaq".

Vüqar Bayramov onu da bildirib ki, pensiya məbləğindən asılı olaraq bu rəqəm dəyişəcək.

Daha çox pensiya alanlarda bu rəqəm yüksək olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!