Xalq artisti Röya Ayxan İTV-də yayımlanan “3D” proqramının qonağı olub.
“Yeni Sabah” xəbər verir ki, müğənni oğlunun məktəbdə gördüyü münasibətdən danışıb:
"İstəmirəm ki, məktəbdə oğluma anası müğənnidir deyə müraciət olunsun. Bir dəfə 5-6 yaşlı uşaq mənə yaxınlaşıb dedi ki, "Röya xala, "peraşki" qurtardı deyə boşandınız?" Deməli, evdə mənim haqqımda danışıblar ki, uşaq da gəlib məktəbdə təkrarlayır. Bu 5 yaşında uşağın dərk edəcəyi yumor deyil", – deyə müğənni bildirib. pizza sifarişi
Qeyd edək ki, Xalq artistinin keçmiş əri Anar Cəlilovun atası “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovdur.
Telegram kanalımız