“Hələ Pentaqon sənədlərinin sızdırılması və dərc olunmazdan əvvəl Rusiya NATO ölkələrindən olan təlimatçılar və döyüşçülər Ukraynada döyüş əməliyyatlarında iştirak etdiyi barədə məlumatlara malik idi”.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.
O bildirib: “Hər kəs kimi, biz də bu sənədlərin nə dərəcədə doğru olduğunu bilmirik, lakin onları unutsaq, bu sənədlər ortaya çıxmazdan xeyli əvvəl NATO-nun bir çox ölkəsinin, o cümlədən Böyük Britaniya təlimatçılarının və döyüşçülərinin döyüş əməliyyatlarında iştirak etmələri xəbərdar idik”. pizza sifarişi
Xatırladaq ki, bundan əvvəl “Guardian” qəzeti Amerika kəşfiyyat məlumatlarının sızmasından sonra internetdə ortaya çıxan bəzi sənədləri araşdırıb.
Sənədlərə əsasən, Ukrayna ərazisində NATO ölkələrinin xüsusi təyinatlı bölmələrinin döyüşçülərinin olduğu iddia edilib. O cümlədən hərbçilərin əksəriyyətinin britaniyalı olduğu, onların sayının 50 nəfərə qədər olduğu bildirilib.
Telegram kanalımız