Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Polis onları narkotiklə tutdu
25 İyl 2021 10:51
590

Polis onları narkotiklə tutdu

Goranboyda qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Yeni Sabah”a verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarında rayon sakini, əvvəllər məhkum olunmuş Nürəddin Ələkbərovun qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əsaslı şübhələr yaranıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin şəxs şübhəli qismində saxlanılaraq polis şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı N. Ələkbərovun üzərindən narkotik vasitə olan "tiryək" və "heroin" aşkar edilərək aşkar edilərək götürlüb.

RPŞ əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri də uğurla nəticələnib. Belə ki, rayon sakini, əvvəllər məhkum olunumuş, qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqda şübhəli bilinən Elmin Uğurluyev saxlanılarkən üzərindən narkotik vasitə olan "heroin" aşkar edilərək götürülüb.

Bundan başqa polis əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində, əvvəllər məhkum olunmuş Murad Ələkbəri saxlanılıb və üzərindən narkotik maddə olan "heroin " aşkar edilib.

Rayon sakini Hətəm Uğurluyev saxlanılan zaman isə ondan narkotik vasitə olan, qurudulmuş "marixuana" şkar olunub.

Maddi sübutlar ekspertizaya təqdim olunub. Saxlanılan şəxslərlə bağlı Goranboy RPŞ-də araşdırmalar davam etdirilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər