Polis yetirməsi Avropa çempionu oldu

saytların hazırlanması

Evə çatdırılma

Polis yetirməsi Avropa çempionu oldu

İdman

13 Fevral 2019 21:23 983


Fevralın 2-dən 4-dək Danimarkanın Aalborq şəhərində yeniyetmələr və gənclər arasında karate üzrə Avropa çempionatı keçirilib. Milli komandamızın da qatıldığı yarışda 51 ölkədən mindən artıq idmançı tatami üzərində öz qüvvəsini sınayıb. Yarışın nəticələrinə əsasən, ölkəmizin yığması ümumi komanda hesabında 4-cü pillədə qərarlaşıb.

"Yeni Sabah" xəbər verir ki, milli komandanın tərkibində DİN İdman Cəmiyyətinin yetirməsi Əminağa Quliyev də qələbə uğrunda mübarizə aparıb. Çəkisi 61 kiloqramadək olan idmançıların yarışında ölkəmizi təmsil edən Ə.Quliyev finala gedən yolda Kosovo, Gürcüstan, Latviya və Yunanıstan idmançılarına qalib gəlib. Həlledici görüşdə Belçika karateçisi ilə qarşılaşan idmançımız rəqibinə heç bir xal vermədən qitə çempionu olub.

Təmsilçimizi ilin sonunda daha mötəbər yarış - iki ildən bir keçirilən yeniyetmə və gənclərin karate üzrə dünya çempionatı gözləyir. Pepperoni pizza

Qeyd edək ki, Əminağa ötən ilin dekabr ayında İtaliyanın Venesiya şəhərində karate üzrə keçirilən Gənclər Liqasının gümüş mükafatçısı, ikiqat respublika çempionu və beynəlxalq turnirlərin qalibidir.

Ə.Quliyevi yarışa hazırlayan DİN İdman Cəmiyyətinin Fiziki hazırlıq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elnur Həsənov yetirməsinin bu uğurunu şərh edərkən bildirib ki, karateçimizin potensialı daha böyük qələbələrə ümid verir və o, mötəbər yarışlara hazırdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!