Polisi aldadan sürücünün yalanı üzə çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Polisi aldadan sürücünün yalanı üzə çıxdı

ECONOMICS

10 May 2022 16:11 244


Dəfələrlə dövlət qurumlarına, eləcə də, polisə bilərəkdən yalan məlumat vermənin hüquqi məsuliyyət yaratdığı barədə xəbərdarlıqlar edilsə də təəssüf ki, bu kimi neqativ hallara hələ də rast gəlinməkdədir. 

Daxili İşlər Nazirliyinin (DİN) DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, rayon sakini E.Fərəcov polisə müraciət edərək idarə etdiyi “Mercedes-Benz Vito” markalı avtomobilə sərnişin qismində əyləşən tanımadığı 3 nəfər şəxs tərəfindən 500 manat pulunun oğurlandığını bildirib.

Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə bilərəkdən yalan məlumat verdiyi və oğurluq hadisəsinin baş vermədiyi müəyyən edilib. Araşdırmalarla məlum olub ki, həmin sərnişinlər yol haqqını vermədiyi üçün E.Fərəcov onların guya avtomobildən oğurluq etməsi ilə bağlı polisə bilərəkdən yalan məlumat verib. Pepperoni pizza

Hazırda faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırmalar aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!