Prezident Əliyev bu dövlət idarəsini ləğv etdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident Əliyev bu dövlət idarəsini ləğv etdi

Sosial

20 Sentyabr 2023 15:51 769


Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ləğv edilib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmanla “Bakı şəhərində körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 11 may tarixli 635 nömrəli Fərmanının 2-ci hissəsi ləğv edilir. Pepperoni pizza

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!