Prezident İlham Əliyev Vergi Məcəlləsinə edilən dəyişiklikləri təsdiq etdi
24 Noy 2020 19:11
457

Prezident İlham Əliyev Vergi Məcəlləsinə edilən dəyişiklikləri təsdiq etdi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu təsdiq edib.

Yenisabah.az xəbər verir ki, qanuna əsasən, gəlir vergisindən azadolmalar və güzəştlər tətbiq edilən şəxslərin siyahısı genişləndirilib.

Qanuna əsasən, I və II dərəcə əlilliyi olan şəxslərin (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla), sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların, daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və ya I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılacaq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər