Prezident İlham Əliyev başda olmaqla ölkə rəhbərliyi Xalq rəssamı Altay Hacıyevin vəfatı ilə əlaqdar nekroloq imzalayıblar.
"Yeni Sabah"ın məlumatına görə, nekroloqda deyilir:
Azərbaycan incəsənətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, Xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Altay Hacıyev 2019-cu il fevral ayının 12-də ömrünün 88-ci ilində vəfat edib. Marqarita pizza
Altay Hacıyevin ölkəmizin hüdudlarından uzaqlarda da sənətsevərlər tərəfindən rəğbətlə qarşılanmış qrafika əsərlərinin mühüm bir qismi xarici ölkələrdəki mötəbər muzey və qalereyalarda nümayiş etdirilir, nüfuzlu şəxsi kolleksiyalarda saxlanılır.
Altay Hacıyevin yaradıcılığı yüksək qiymətləndirilib. O, 1982-ci ildə Əməkdar rəssam, 2002-ci ildə Xalq rəssamı fəxri adlarına layiq görülmüşdür. Altay Hacıyev 2004-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
Tanınmış rəssam, səmimi insan Altay Əmir oğlu Hacıyevin işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Novruz Məmmədov
Oqtay Əsədov
Ramiz Mehdiyev
Əli Əhmədov
Eldar Əzizov
Fərəh Əliyeva
Əbülfəs Qarayev
Tahir Salahov
Fərhad Xəlilov
Ömər Eldarov
Cəmil Müfidzadə
Arif Hüseynov.
Telegram kanalımız