Prezident İlham Əliyev fevralın 14-də “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” 2001-ci il 3 sentyabr tarixli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzaladı.
Fərmana əsasən, prezident təqaüdü 185 manatdan 210 manata qaldırıldı.
Dövlət Statistika Komitəsindən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, 2017-2018 ci tədris ilinin əvvəlinə bakalavriat üzrə 240, magistr üzrə isə 3 tələbə president təqaüdü alıb. pizza
Qeyd edək ki, yeni Fərman 2019-cu il martın 1-dən qüvvəyə minir.
Əsmər Qabil
Telegram kanalımız