Prezident uşaqlarla bağlı sərəncam imzaladı
02 İyn 2020 18:40
1593

Prezident uşaqlarla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Yenisabah.az xəbər verir ki, Strategiyanın həyata keçirilməsində əlaqələndirici orqan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəyyən edilib.

Nazirlər Kabinetinə tapşırılıb ki, Strategiyanın 2020–2025-ci illərdə icrası üzrə fəaliyyət planının layihəsini 3 (üç) ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Oxşar xəbərlər