Prezident vəzifəsini o icra edə biləcək -   AFFA-da dəyişiklik

saytların hazırlanması

Evə çatdırılma

Prezident vəzifəsini o icra edə biləcək - AFFA-da dəyişiklik

İdman

08 Yanvar 2020 07:55 1098


Bu gün AFFA-nın növbədənkənar Konfransı keçirilib. 

“Yeni Sabah” xəbər verir ki, saat 10:00-da başlayan konfransın gündəliyində duran əsas məsələ AFFA-nın Nizamnaməsinə edilmiş dəyişiklik və əlavələr olub.

Dəyişikliklərə əsasən, AFFA-nın İcraiyyə Komitəsinin üzvlərinin sayı 11-dən 13 üzvə qaldırılıb. Eyni zamanda, federasiyada bundan sonra dörd vitse-prezident çalışacaq. 1-ci vite-prezident vəzifəsi ləğv edilib və icraçı vitse-prezident vəzifəsi təsis olunub.  Dominos pizza

Bununla da, AFFA prezidenti səlahiyyətlərini icraçı vitse-prezident həyata keçirmək hüququna malik olub. Əgər, İcraiyyə Komitəsində AFFA prezidenti iştirak etməsə, bu zaman onu icraçı vitse-prezident əvəzləyəcək.

Qeyd edək ki, hazırda AFFA -nın prezidenti Rövnəq Abdullayevdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!