Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Prezidentdən 3 fərman, 1 sərəncam
23 İyl 2021 13:51
1067

Prezidentdən 3 fərman, 1 sərəncam

Prezident İlham Əliyev “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2009-cu il 24 iyun tarixli 116 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 20 fevral tarixli 111 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 28 aprel tarixli 888 nömrəli və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Yenisabah.az fərmanın mətnini təqdim edir:

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2009-cu il 24 iyun tarixli 116 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 20 fevral tarixli 111 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 28 aprel tarixli 888 nömrəli və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanının 1-ci hissəsindən “fəaliyyət göstərən səfirlik və konsulluqlarında” sözləri çıxarılsın.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 3 mart tarixli 391 nömrəli, “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” 2017-ci il 26 yanvar tarixli 1217 nömrəli, “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 5 sentyabr tarixli 1588 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 30 dekabr tarixli 911 nömrəli fərmanlarında və “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 3, maddə 172; 2012, № 2, maddə 68, № 5, maddə 426, № 9, maddə 851, № 12, maddə 1248; 2013, № 9, maddə 1063; 2014, № 9, maddə 1033; 2016, № 2 (II kitab), maddə 236; 2017, № 3, maddə 383, № 10, maddə 1782, № 11, maddə 2022; 2018, № 5, maddə 971; 2019, № 3, maddə 395; 2020, № 1, maddə 12, № 10, maddə 1246, № 11, maddə 1363) ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın 4.11-ci və 5.3-cü bəndlərindən “fəaliyyət göstərən səfirlik və konsulluqlarında” sözləri çıxarılsın.

2. “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 26 yanvar tarixli 1217 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 64) aşağıdakı dəyişikliklər edilsin:

2.1. adından “fəaliyyət göstərən səfirlik və konsulluqlarında” sözləri çıxarılsın;

2.2. 1-ci hissədən “fəaliyyət göstərən səfirlik və konsulluqlarında” sözləri çıxarılsın və həmin hissədə “nümayəndələri” sözü “nümayəndələrini” sözü ilə əvəz edilsin;

2.3. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.2. ticarət nümayəndəsi Azərbaycan Respublikasının səfirlik və ya konsulluğunun mövcud olduğu ölkələrdə müvafiq səfirlik və ya konsulluqda təyin olunur və öz funksiyalarını təyin olunduğu səfirlik və ya konsulluğun tərkibində həyata keçirir, Azərbaycan Respublikasının səfirlik və ya konsulluğunun mövcud olmadığı ölkələrdə isə ayrıca fəaliyyət göstərir;”.

3. “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 sentyabr tarixli 1588 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1635) aşağıdakı dəyişikliklər edilsin:

3.1. adından və 1-ci hissədən “fəaliyyət göstərən səfirlik və konsulluqlarında” sözləri çıxarılsın;

3.2. 2.2-ci bəndə “təyin olunduğu” sözlərindən sonra “ölkə,” sözü əlavə edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 10, maddə 1590) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturu”nun 6-cı hissəsindən “fəaliyyət göstərən səfirlik və konsulluqlarında” sözləri çıxarılsın.

5. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1954; 2020, № 5, maddə 542, № 7, maddə 862, № 9, maddə 1151) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.65-ci, 5.5.6-cı, 5.5.7-ci və 5.5.8-ci yarımbəndlərindən “fəaliyyət göstərən səfirlik və konsulluqlarında” sözləri çıxarılsın.

6. “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 913; 2013, № 7, maddə 847, № 8, maddə 983; 2014, № 11, maddə 1492; 2015, № 7, maddə 866; 2017, № 11, maddə 2097; 2019, № 11, maddə 1849) 2-ci hissəsindən “fəaliyyət göstərən səfirlik və konsulluqlarında” sözləri çıxarılsın.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

7.1. 2021-ci ildə təyin olunacaq ticarət nümayəndələri aparatlarının fəaliyyətinin təminatı ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifləri əsasında Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan müvafiq məbləğdə əlavə vəsaitin ayrılmasını təmin etsin;

7.2. “Dövlət qulluğu haqqında”, “Diplomatik xidmət haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində müvafiq dəyişikliklər edilməsi ilə bağlı qanun layihələrini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.3. bu Fərmandan irəli gələn məsələləri həll etsin.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmandan irəli gələn digər məsələləri həll etsinlər.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edilməsi haqqında fərman imzlayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 440; 2006, № 3, maddə 229, № 6, maddə 498; 2007, № 2, maddələr 86, 101, № 3, maddələr 217, 227, № 7, maddə 714, № 9, maddə 867, № 10, maddə 948, № 12, maddə 1242; 2008, № 1, maddə 9, № 3, maddələr 173, 179, № 6, maddə 499, № 8, maddələr 717, 723; 2009, № 2, maddə 66, № 6, maddələr 419, 421, 422; 2010, № 2, maddə 80, № 3, maddə 183, № 10, maddə 850; 2011, № 2, maddə 85; 2012, № 11, maddə 1078; 2013, № 3, maddə 236, № 8, maddə 901; 2014, № 9, maddə 1027; 2016, № 5, maddə 854, № 6, maddələr 1029, 1073; 2017, № 5, maddə 840, № 8, maddələr 1519, 1521; 2018, № 7 (I kitab), maddələr 1445, 1486, № 11, maddə 2287; 2019, № 1, maddə 76, № 4, maddə 655, № 6, maddə 1027, № 7, maddə 1211, № 8, maddə 1405; 2020, № 4, maddə 423, № 6, maddə 708; 2021, № 2, maddələr 121, 133) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1.5-ci yarımbəndin 1-ci abzasına ikinci halda “sektor müdiri,” sözlərindən sonra “baş mühasib,” sözləri əlavə edilsin.

2. 2.1.6-cı yarımbəndin 11-ci abzası ləğv edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1268 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2 nömrəli Əlavə – “Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1268 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1104, № 7, maddə 1250, № 8, maddə 1440; 2020, № 4, maddə 468, № 6, maddə 754; 2021, № 2, maddə 151) ilə təsdiq edilmiş 2 nömrəli Əlavə – “Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.4.4-cü yarımbəndə üçüncü halda “sektor müdiri” sözlərindən sonra “, baş mühasib” sözləri əlavə edilsin.

2. 1.5.3-cü yarımbənd ləğv edilsin.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər