Prezidentin kürəkəni və qızı keçən il 135 milyon dollar qazanıb

Prezidentin kürəkəni və qızı keçən il 135 milyon dollar qazanıb
İyun 15, 2019
Oxunma sayı: 129

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp və kürəkəni Cared Kuşner dövlət başçısının müşaviri vəzifəsinə keçən gündən bu yana, yəni iki il ərzində 135 milyon dollar qazanıblar.

“The Guardian” qəzetinin məlumatına görə, bu onların daşnmaz əmlak holdinqləri, səhmlər, istiqrazlar və hətta nəşriyyatdan gələn gəlirlərdir.

İvanka Trampın əsas gəliri paytaxt Vaşinqdonda, Oval kabinet yaxınlığında yerləşən oteldən gəlib. 2018-ci ildə bu otel İvanka Trampa 3,95 milyon dollar qazandırıb.

D. Trampın qızının digər qazanc mənbəyi (1 milyon dollar) qadım çantası, başmaq və aksessuarların istehsalı üzrə biznesi olub.

Lakin hələ keçən il İvanka Tramp bütün diqqətini müşavirlik işinə yönəldəcəyini və biznesini başqalarına həvalə etdiyini söyləmişdi.

Bundan başqa prezidentin qızı “İşləyən qadınlar: uğur qazanmağın qaydaları” adlı kitabı ilə 263 500 dollar gəlir əldə edib.

O ki, qaldı Cared Kuşnerə onun “Cadreworth” adlı daşınmaz əmlakla bağlı sərmayə şirkətində paya sahib olduğu və dəyərinin 25 milyon dollar olduğu bilinir.

Bundan başqa onun digər aktivlərindən yüzminlərlə dollar qazandığı xəbər verilir.

Musavat.com