İqtisadçı ekspert Samir Əliyev problemli kreditlərin həlli prosesinin şəffaflığı üçün bu sahədə atılmalı texniki addımları sadalayıb.
“Yeni Sabah” həmin bəndləri təqdim edir:
-Kompensasiyaya düşən kreditlərin fevralın 21-i (2015) və dekabrın 21-i (2015) tarixlərinə olan qalıqları barədə məlumatların banklar və müştərilər üzrə siyahısının internetdə (MBNP, MB rəsmi saytında, o cümlədən bankların) yerləşdirilməsi; Marqarita pizza
-Kompensasiya alacaq və kredit tarixçəsi pisləşmiş müştərilərə amnistiyanın verilməsi. Bunun üçün mərkəzləşdirilmiş kredit reyestrində və Kredit Bürosunun məlumat bazasında həmin şəxslərinin kredit tarixçələrinin sağlamlaşdırılması;
-Veriləcək kompensasiya məbləğinin müştəri və banklar üzrə siyahısının saytlarda (MBNP, MB rəsmi saytında, o cümlədən bankların) yerləşdirilməsi;
-Restrukturizasiya müqabilində Mərkəzi Bankdan güzəştli kredit alacaq banklar və veriləcək kredit məbləğləri barədə məlumatın açıqlanması;
-Zamin durmuş və əsas borcların əvəzində banka pul ödəmiş şəxslərin kompensasiya almaq imkanlarının təmin edilməsi
Telegram kanalımız