Prokurorluq Siyəzəndəki qətllə bağlı açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluq Siyəzəndəki qətllə bağlı açıqlama yaydı

Kriminal

14 Avqust 2021 10:36 1170


Mayın 2-də 1984-cü il təvəllüdlü Siyəzən şəhər sakini Hüseyn Hüseynova qaynı tərəfindən sağlamlığına ağır xəsarət yetirilməsi və onun almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Siyəzən rayon prokurorluğundan “Yeni Sabah”a daxil olan xəbərə görə, istintaqla müəyyən edilib ki,  zərərçəkmişin qaynı Qabil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Hüseyn Hüseynova xəsarətlər yetirməsi nəticəsində sonuncu almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

Toplanmış kifayət qədər sübutlar əsasında Əliyev Qabil Valeh oğluna Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Toyuqlu pizza

Cinayət işi baxılması üçün aidiyyatı üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!