Pullu kişi xəyanət edə bilər?   - “Evə çörək gətirirsə...“

saytların hazırlanması

Evə çatdırılma

Pullu kişi xəyanət edə bilər? - “Evə çörək gətirirsə...“

Sosial

19 Fevral 2021 11:23 1048


Aldatmaq və xəyanət, demək olar ki, insan cəmiyyətinin yarandığı ilk zamanlardan günümüzə qədər aktualdır. Həmçinin insanı xəyanət etməyə sövq edən səbəblərin nələr olduğu daima müzakirə mövzusu olub.

Bəzən sənət adamlarının kişi xəyanətinə haqq qazandırması qınaq obyektinə çevrilir. Ötən gün Əməkdar artist Gövhər Rzayeva efirdə tənqidlərə məruz qalacaq açıqlama verib. Məşhur qarmon ifaçısı açıq-aşkar kişi xəyanətini dəstəklədiyini etiraf edib. Onun fikrincə, pul qazanıb ailəsininin maddi ehtiyaclarını ödəyə bilən hər bir bəy xanımını aldada bilər.

Məsələ ilə bağlı fikirlərini Yenisabah.az-la bölüşən psixoloq Vüsalə Rüstəm bildirib ki, qadın iqtisadi baxımdan zəif olduqda, işləmədikdə, evə məhkum olduqda kişinin də xəyanət imkanları artır: Pepperoni pizza

“Şərq qadını iqtisadi cəhətdən sərbəst olmadığından uzun əsrlər və illər həyatında baş verən hadisələrlə barışmalı olub. Sterotiplər mövcuddur ki, kişi nə edir-etsin düz edir, yemək gətirirsə, axşam evə gəlirsə nə istəsə edə bilər. Lap döyə, xəyanət də edə bilər. Fikir verilsə, Gövhər xanımın çıxışında da məsələ yeməyə və iqtisadi bağlılığa gəlib çıxır. Ananın bazara getməməyi onun yaxşı baxılması kimi təqdim edilir. Əslində bu normal hal deyil. Hər bir qadın evinə bazarlıq etməyi, pul xərcləməyi bacarmalıdır. Həyatımız daimi deyil, sevdiyimiz insanları nə qədər çox sevsək də, onlara xidmət etsək də, onların kiçik tələbatlarını özünün ödəməsinə çalışmalıyıq. Biz bir gün olmayanda onu aldatmasınlar, mübarizə aparıb yaşaya bilsin”.

Psixoloq qeyd edib ki, qadınların gələcəkdə xəyanətə uğramasının qarşısını almaq üçün valideynlər qızlarına təhsil verməli, onları qorxaq böyütməməlidirlər:

“Qadın təhsilli və dünyagörüşlü, çevik olmalıdır. Zamanın bizə nə saxladığı, hansı taleni yaşayacağımız məlum deyil. Qadınlarımızı və qızlarımızı nə qədər sevib əzizləsək də onlara əzilməədn yaşamağı, savadını artırmağı öyrətməliyik. Köləlik və qorxaqlıq yaxşı qadın olmaq anlamı vermir. Təcrübə də bunu göstərir ki, çarəsiz və qorxaq qadınlar daha çox xəyanətə məruz qalır, döyülür və əzilir. Qadınlar fərqli olduqları kimi hadisələrə yanaşmaları da fərqlidir”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!