Putin keçmiş muəlliminə mənzil alıb

saytların hazırlanması

Evə çatdırılma

Putin keçmiş muəlliminə mənzil alıb

Dünya

05 Aprel 2023 07:53 828


Bu mühüm sübut RF prezidenti və milyarder arasında əlaqənin olduğunu göstərir.

RF Prezidenti Vladimir Putin 2005-ci ildə İsraildə özünün keçmiş müəlliməsinə rusiyalı miyarder Roman Abramoviçin ofşoru üzərindən mənzil alıb.

Bu barədə «Vaşinqton Post» qəzeti yazıb. Qeyd olunur ki, bu ölkəyə özünün rəsmi səfəri zamanı o, keçmiş müəlliməsi Mina Yudistski-Berlinerlə görüşüb. Onun sözlərinə görə, o zaman o, mənzilin alınması barədə danışıq aparıb. pizza hut

Jurnalistlər eləcə də məxfi maliyyə sənədləri tapıblar. Onlar həm də sübut edir ki, pullar Abramoviçin gizli nəzarət etdiyi ofşor hesabından daxil olub.

Sənədlər arasında «inam aktı» da var ki, o, 245 min dolları biznesmenin nəzarətində olan şirkətdən (Cənubi Kipr) müəlliməyə Təl-Əvivdəki mənzilin alındığı gün köçürüldüyünü qeydə alır.

Bu alqı-satqı onunla əhəmiyyətlidir ki, o, Abramoviçi sövdənin mərkəzinə qoyur və RF Prezidenti üçün şəxsi əhəmiyyət daşıyır. Buna baxmayaraq, biznesmenin özü on illərlə Putinlə hər-hansı maliyyə əlaqəsinin olduğunu inkar edib. O, həm də mediadan təkzib tələb edib və məqalənin dövriyyədən çıxarılması üçün məhkəmə çəkişməsinə də gedib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!