Putinə görə Almaniyada rus müğənnisinə qadağa qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Putinə görə Almaniyada rus müğənnisinə qadağa qoyuldu

Şou

31 Avqust 2022 17:38 1145


Almaniyanın Köln şəhərinin sakinləri Rusiyanın Xalq artisti Anna Netrebkonun konsertinə etiraz ediblər.

Yenisabah.az Lent.az-a  istinadən xəbər verir ki, şəhər sakinləri Kurt-Hackenberg-Platz meydanında nümayiş keçiriblər.

Ukraynadan gələn müğənni Mariana Sadovska Netrebkonun bu şəhərin filarmoniyadakı çıxışına icazə verilməsindən təəssüfləndiyini bildirib və onu prezident Vladimir Putinin tərəfdarı adlandırıb. Toyuqlu pizza

Kölndəki konsertin təşkilatçısı Fred Handverker isə Netrebkonun öz mövqeyini açıq şəkildə ifadə etdiyini bildirib. Onun fikrincə, təşkilatçılarının vəzifəsi körpülər tikməkdir, onları dağıtmaq deyil.

Bundan əvvəl ifaçının Ştutqartda solo konsertinə icazə verilməyib. Maliyyə Nazirliyi bildirib ki, Ukrayna ərazisində hərbi xüsusi əməliyyat aparılarkən onun şəhərdəki konserti baş tutmayacaq. Müğənni isə sosial şəbəkə hesablarında Rusiya-Ukrayna müharibəsinin əleyhinə olduğunu yazıb.

Qeyd edək ki, opera müğənnisi Anna Netrebko azərbaycanlı həmkarı, Xalq artisti Yusif Eyvazovun xanımıdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!