Putinin atəşkəs təklifi: Zelenski cavabını verdi

saytların hazırlanması

Evə çatdırılma

Putinin atəşkəs təklifi: Zelenski cavabını verdi

Dünya

30 Aprel 2026 12:02 145


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin 9 Mayla bağlı atəşkəs təklifini cavablandırıb.

"Yeni Sabah" xəbər verir ki, o, ABŞ Prezidenti Donald Trampın komandası ilə əlaqə qurmağı və Rusiyanın təklifinin təfərrüatlarını öyrənməyi tapşırıb.

“Gəlin konkret olaraq söhbətin nədən getdiyini aydınlaşdıraq: Moskvadakı parad üçün bir neçə saatlıq təhlükəsizlik və ya daha çox şey haqqında söhbət gedir?” - Ukrayna lideri qeyd edib.

Zelenski bildirib ki, Ukrayna sülhə can atır və bu müharibənin faktiki olaraq başa çatması üçün lazımi diplomatik işi təmin edir:

“Təklifimiz atəşi uzunmüddətli əsasda dayandırmaq, insanlar üçün etibarlı təhlükəsizliyi və uzunmüddətli sülhü təmin etməkdir”.

O əlavə edib ki, Ukrayna bunun üçün istənilən layiqli və səmərəli formatda çalışmağa hazırdır.

Xatırlatma: Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun sözlərinə görə, Vladimir Putin 9 May paradına qədər atəşkəs elan etməyə hazırdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!