Qadın keçmiş əri tərəfindən bıçaqlandı

saytların hazırlanması

Evə çatdırılma

Qadın keçmiş əri tərəfindən bıçaqlandı

Kriminal

02 Sentyabr 2023 07:46 457


Oğuzda bıçaqlanma hadisəsi olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə sentyabrın biri axşam saatlarında, rayonun Bayan kəndində baş verib. Goranboy rayon sakini Eyvaz Məmmədov keçmiş həyat yoldaşı, 1983-cü il təvəllüdlü rayonun Bayan kənd sakini Nuranə Elməddin qızı Məsimovanın yaşadığı ata evinə gələrək onu qarın boşluğundan bıçaqlayıb.

Hadisə zamanı xəsarət alan N.Məsimova Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Yardım Şöbəsinin əməkdaşları tərəfindən Şəki RMX-a aparılıb. pizza hut

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!