“Qadın kimi xoşbəxt olmadım” deyib, ağladı

saytların hazırlanması

Evə çatdırılma

“Qadın kimi xoşbəxt olmadım” deyib, ağladı

Şou

09 Avqust 2026 13:49 111


“Ürəyimdən gəldi, demək istədim. Ömrümün yarı hissəsini geridə qoyuram. Sevən, sevməyən hər kəs var olsun. Bu il çox insanda yanıldım, çoxu isə gözləmədiyim qədər doğmama çevrildi”.

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zümrüd Bədəlova sosial şəbəkə hesabında yazıb. Ad günü olan aparıcı yeni yaşı ilə bağlı arzularını bölüşüb.

“Yaşadığım hər günə görə şükürlər olsun. Təkliyimlə, hüzur dolu anlardan zövq alacaq yaşdayam. Bu il möcüzələrin yaşanacağı il olsun. Sağlıq, ruzi və əzizlərimlə birlikdə ‘qalan yarı hissəni’ yaşamağın zamanıdır. Sizi sevirəm. Sentyabrda həm yeni mövsümün, həm də yeni yaşımın böyük gecəsində görüşənədək” deyə, Z.Bədəlova qeyd edib. Dominos pizza

Aparıcı daha sonra qadın kimi xoşbəxtlik yaşamadığını deyərək kövrəlib:

“Bu il ad günü videosu çəkmək istəmədim. Bu gün istəyirəm ki, yeni yaşımda Allaha şükrümü sənin hüzurunda bildirim. Onsuz da hər gün o şükrü edirəm. Sağlam olduğuma, yaşadığıma, yanımda balamın olduğuna, ailəm, əzizlərim, sevdiklərim yanımda olduğuna görə minlərlə, milyonlarla şükür olsun, Allahım.

Ola bilər ki, qadın kimi, bir xanım kimi heç vaxt xoşbəxt olmadım. Amma o xoşbəxtliyi mən içimdə, balamda gördüm. Ona görə də bu yeni yaşımda Allahdan ancaq onun sağlığını və bir də valideynlərimin, doğmalarımın yanımda, sağlam olmasını arzu edirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!