Qadın sevgilisi ilə keçmiş əri üçün duel təşkil etdi: Biri öldü

saytların hazırlanması

Evə çatdırılma

Qadın sevgilisi ilə keçmiş əri üçün duel təşkil etdi: Biri öldü

Dünya

04 Dekabr 2019 11:40 1284


Böyük Britaniyada dəhşətli cinayət hadisəsi baş verib.

“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, 35 yaşlı sosial xidmət işçisi - Asta adlı qadın keçmiş həyat yoldaşı ilə yeni sevgilisi arasındakı münaqişələrə son qoymaq üçün onlar arasında duel təşkil edib. 

Polisin məlumatına görə, Litvadakı həbsxanalardan birində tanış olduğu 25 yaşlı Mantas Kvedaras ilə eşq yaşamağa başlayan Asta buna görə 42 yaşlı ərindən boşanıb. Lakin qadının yeni sevgilisi ilə keçmiş əri arasında mütəmadi olaraq münaqişələr baş verib. Asta isə həll yolu kimi onları duelə dəvət edib. Şərtə görə kim qalib gələrsə, Asta həmin adamla münasibətini davam etdirəcəkdi. Ölümcül döyüş zamanı Astanın sevgilisi onun keçmiş ərini 35 bıçaq zərbəsi ilə öldürüb. pizza

Faktla bağlı cinayət işi başlanılıb. Cinayəti törədən sevgilisi ilə yanaşı Asta da iki nəfəri ölümə təşviq etdiyi üçün mühakimə edilir. 

Sabrina Eldarqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!