Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Qadınları Türkiyədə satan azərbaycanlı həbs edildi
20 Okt 2021 14:25
509

Qadınları Türkiyədə satan azərbaycanlı həbs edildi

DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi insan alveri ilə məşğul olan Bərdə rayon sakinini həbs edib.

Yenisabah.az xəbər verir ki, Bərdə rayonu sakini Quliyeva Aytəkin Vaqif qızının Azərbaycan Respublikasının vətəndaşı olan qadınları Türkiyə Respublikasının Samsun şəhərinə apararaq cinsi istismara məruz qoyması faktı DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ifşa edilib. Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun sədrliyi ilə keçirilmiş məhkəmənin hökmünə əsasən, Quliyeva Aytəkin Vaqif qızı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4.1-ci maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər