“Qalatasaray” pley-offda, “Beşiktaş” və “Alanyaspor” isə mübarizəni dayandırdı
25 Sen 2020 00:10
463

“Qalatasaray” pley-offda, “Beşiktaş” və “Alanyaspor” isə mübarizəni dayandırdı

Türkiyə klubları bu gün Avropa Liqasında III təsnifat mərhələsində meydana çıxıblar.

Yenisabah.az xəbər verir ki, "Qalatasaray" III təsnifat mərhələsində Xorvatiya "Hayduk"unu məğlubiyyətə uğradıb - 2:0. Hesabı 77-ci dəqiqədə Yunes Belhanda açıb. 86-cı dəqiqədə isə Rayan Babel yekun nəticəni müəyyənləşdirib. 

"Qalatasaray" pley-offda "Villem II" (Hollandiya) - "Reyncers" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. 

Türkiyənin digər təmsilçiləri, "Alanyaspor" Norveçin "Rusenborq"una, "Beşiktaş" isə Portuqaliyanın "Riu Ave" komandasına məğlub olaraq Avropa Liqasında çıxışlarını dayandırıblar. "Alanyaspor" səfərdə "Rusenborq"a 1:0 məğlub olub. "Beşiktaş" isə doğma meydanda "Riu Ave" ilə bacarmayıb. Görüşün əsas vaxtını 1:1 hesablı heç-heçə ilə bitirib. Əlavə vaxtda da hesab dəyişmədiyindən penaltilər seriyasına müraciət olunub. Bu bölümdə isə "Riu Ave" daha dəqiq olub - 4:2.  

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər