Gürcüstan parlamentində qəbul edilmiş “Xarici agentlər haqqında” qanun layihəsini təhlil üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərilib.
Yenisabah.az xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib.
O deyib: “Biz bir neçə aydan sonra qanun layihəsi ilə bağlı Venesiya Komissiyasından rəy alacağıq və yalnız bundan sonra qanun layihəsinin parlamentdə müzakirəsi davam etdiriləcək”. Dördpendirli pizza
Kobaxidze hesab edir ki, müxalifətin xarici agentlər haqqında qanunun qəbulu ilə Gürcüstana Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsi arasında birbaşa əlaqənin olması barədə iddiaları möhtəkirlikdir.
O deyib: “Qanun layihəsini Venesiya Komissiyasına göndərməklə Avropa institutlarına maksimum hörmət göstərmişik, lakin bizə deyiləndə ki, bu qanun layihəsini heç müzakirə edə bilmərik, bu, dövlətə və cəmiyyətə qarşı qəsddir”.
Kobaxidze radikal müxalifəti və xaricdən maliyyələşdiyini dediyi bəzi qeyri-hökumət təşkilatlarını hökumət əleyhinə fəaliyyətdə ittiham edib:
“Xarici agentlər haqqında qanunun qəbulu hökumət əleyhinə fəaliyyətlə məşğul olan bəzi qeyri-hökumət təşkilatlarına maliyyə yardımı deyilən yardımı şəffaflaşdıracaq".
Telegram kanalımız