Qanunsuz ov edənlər tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz ov edənlər tutuldu

Sosial

13 Fevral 2019 22:17 1237


Su Polisinin əməkdaşları adı “Qırmızı” kitaba düşmüş quş və qanunsuz balıq ovu ilə məşğul olan brokonyerlərə qarşı tərbir keçirib.

“Yeni Sabah” xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin (XPM) 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşlarının birgə keçirdiyi reyd zamanı qanunsuz balıq ovu ilə məşğul olan bir neçə brokonyer saxlanılıb. Keçirilən əməliyyat zamanı Saatlı rayon sakini Nizam Əliyev saxlanılıb. Qanunsuz balıq ovu ilə məşğul olan həmin şəxsdən 43 ədəd durna balığı, 24 ədəd daban balığı, 1 ədəd akkumlyator, 1 ədəd elektrik artırma cihazı (balıq ovlama ləvazimatı), 1 ədəd fonar, 1 ədəd rezin qayıq və digər əşyalar götürülərək Su polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb. N.Əliyev tutduğu əməldən peşiman olduğunu bildirib. 

İmişli Xətt Polis Məntəqəsinin 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin birgə keçirdiyi daha bir tədbir zamanı qanunsuz ov etdiyinə görə Saatlı rayonu Soltanabad kənd sakini Şəhriyar Əsgərov da saxlanılıb. Saxlanılan şəxsdən baxış zamanı qırmızı kitaba düşmüş iki ədəd bərzək quşu, bir ədəd ov silahı və patron götürülüb. Qanunsuz balıq ovu ilə məşğul olan daha bir şəxs- Tovuz rayon sakini Qələndər Məmmədov da saxlanılıb. Həmin şəxsdən 110 ədəd qara balıq götürülüb. Qanunsuz balıq ovlayarkən saxlanılan şəxs etiraf edib ki, su polislərinin gəldiyini görüb “domça” adlandırılan balıqovlama vasitəsini suya atıb. Araşdırma zamanı Q.Məmmədovun 6 ay əvvəl də qanunsuz balıq ovu ilə məşğul olduğu üçün Su Nəqliyyatında Polis İdarəsinin əməkldaşları tərəfindən saxlanıldığı və xəbərdarlıq edildiyi məlum olub.Amma həmin şəxs xəbərdarlığa məhəl qoymayaraq yenidən qanunsuz olaraq balıq ovu ilə məşğul olduğu üçün yenidən saxlanılıb. Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!