Qanunsuz tikililərin qarşısını alan Peyk Nəzarət Sistemi tətbiq ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz tikililərin qarşısını alan Peyk Nəzarət Sistemi tətbiq ediləcək

Sosial

04 Mart 2019 16:47 773


Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın kadastrı və torpaq idarəçiliyi sahəsində məlumatların idarə olunmasının daha da təkmilləşdirilməsi üçün Avropa təcrübəsindən yararlanır.

“Yeni Sabah” xəbər verir ki, bu məqsədlə Avropa İttifaqının Ekspert Missiyası TAIEX proqramı çərçivəsində komitə nümayəndələri üçün seminar keçirib. Seminar 2 günlük olmaqla martın 5-dək davam edəcək. Qeyd olunmalıdır ki, komitənin təqdim etdiyi 5 layihə Avropa İttifaqı tərəfindən qəbul edilib və bu istiqamətlər üzrə ekspert missiyası seminar keçirir. 

Tədbirin məqsədi kadastr və torpaq inzibatçılığı sahəsində tətbiq edilən müasir elementlər, mexanizmlər, çağdaş dövrün tələblərinə uyğun istifadə olunan yeniliklər barədə məlumatlanmaq, mövzu ətrafında müzakirələrin aparılmasıdır. Həmçinin bu sahələrin idarəedilməsində effektivliyin təmin olunması ilə bağlı qarşılıqlı əməkdaşlıq, birgə təcrübə mübadiləsinin aparılması, əhəmiyyətli layihələrin həyata keçirilməsidir.  pizza sifarişi

Tədbirin əhəmiyyətinə toxunan avropalı ekspertlər qarşılıqlı əməkdaşlığın kadastr uçotu işlərində operativliyin artmasına, torpaq istifadəçiliyində nəzarət tədbirlərinin daha intensiv metodlarla, avtomatlaşdırılmış mexanizmlərlə aparılmasına imkan verəcəyini bildiriblər.

Daha sonra torpaq idarəçiliyi və kadastr sahəsində tətbiq edilən müasir üsullar, reallaşdırılan yeni layihələr barədə təqdimatlar olub. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən torpaqların elektron kadastr uçotu işlərinin nəticələri əcnəbi ekspertlərin marağına səbəb olub. Hazırda torpaqların kadastr uçotu işləri yekunlaşmış 30 rayonun 24-də layihənin nəticələri praktiki istifadə üçün aidiyyəti orqanların istifadəsinə verilib, bununla bağlı təqdimatlar keçirilib. 

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqların səmərəli istifadəsinə də nəzarət beynəlxalq prinsiplərə uyğun olaraq effektiv aparılır. Belə ki, dövlət nəzarətinin həyata keçirilməsində çevikliyi artıran, qanunsuz tikililərin qarşısını alan Peyk Nəzarət Sistemi tətbiq ediləcək. Bununla yanaşı komitənin müfəttişləri yerlərdə monitorinqlər həyata keçirirlər. Ötən il ərzində İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 1300-ə yaxın hal üzrə inzibati protokol tərtib olunub. 

Torpaq qanunvericiliyinin tələblərinin pozulmasına qarşı həyata keçirilən inzibati tədbirlərlə yanaşı, maarifləndi¬rmə və izahat işləri aparılır. 2018-ci il ərzində respublikanın 26 rayonunda maarifləndirmə tədbirləri keçirilib. 2015-2018-ci illərdə hüquqi və fiziki şəxslərə 6 minə yaxın xəbərdarlıq xarakterli bildiriş təqdim edilib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!