Qapıçını yumruqla vuran azarkeşə 40 illik cəza

Qapıçını yumruqla vuran azarkeşə 40 illik cəza

İdman Veb saytların hazırlanması

21 Mart 2023 11:49 746


PSV Avropa Liqasının pley-off mərhələsində "Sevilya"ya qarşı matçda rəqib komandanın qapıçısı Marko Dmitroviçi yumruqla vuran azarkeşini 40 il müddətinə oyunlardan kənarlaşdırdığı açıqlayıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Bundan başqa Niderland təmsilçisi "Sevilya"nın zərərlərini qarşılanması üçün addım atacağını bildirib. Məlumatda həmin azarkeşin 2 il ərzində "Philips" stadionunda ətrafına buraxılmayacağı da açıqlanıb. 

Qeyd edək ki, sözügedən azarkeş "Sevilya"ya qarşı görüşün uzatma dəqiqələrində meydana girərək Marko Dmitroviçi yumruqla vurmuşdu. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!