“Qarabağ” - “Braqa” oyununa nə qədər bilet satılıb?

“Qarabağ” - “Braqa” oyununa nə qədər bilet satılıb?

İdman Veb saytların hazırlanması

12 Fevral 2024 18:11 585


Bakıda “Qarabağ” və “Braqa” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu üçün satılan biletlərin sayı açıqlanıb.

Ağdam təmsilçisindən Yenisabah.az-a verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmaya indiyədək 15 min bilet satılıb.

Biletlərin qiyməti 5, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorları üçün biletlər 300 manata satılır.

Qeyd edək ki, “Qarabağ” “Braqa”ya qarşı ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də Bakıda keçirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!