Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Qarabağ məsələsi sammitin ana mövzularından biridir” – Rusiya prezidentinin köməkçisi
15 İyn 2021 17:22
519

“Qarabağ məsələsi sammitin ana mövzularından biridir” – Rusiya prezidentinin köməkçisi

“Putin və Bayden Qarabağdakı vəziyyətə xüsusi diqqət yetirəcəklər”.

Yenisabah.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden Cenevrədə Yaxın Şərq, Ukrayna və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəklər. Bundan əlavə, strateji sabitlik, COVID-19-a qarşı mübarizə və kiber cinayətlərlə mübarizə məsələləri də nəzərdən keçiriləcəkdir.

Uşakov deyib: “Bunlar Rusiya-Amerika münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri, strateji sabitliyin əsas məsələləri, informasiya təhlükəsizliyi məsələləri, kiber cinayətlərə qarşı mübarizə məsələləridir. İkitərəfli münasibətlərin konkret həll olunmamış məsələləri ayrıca müzakirə ediləcək, bundan sonra iqtisadi əməkdaşlıq, iqlim, Arktika və təbii ki, koronavirusa qarşı mübarizə mövzuları müzakirə olunacaq”.

Prezident köməkçisi qeyd edib ki, Dağlıq Qarabağa, daxili Ukrayna böhranına və Belarusiyadakı vəziyyətə xüsusi diqqət yetirmək planlaşdırılır.

Rusiya-ABŞ zirvəsi 16 iyun Cenevrədə keçiriləcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər