Qarabağ qazisi faciəli şəkildə həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ qazisi faciəli şəkildə həlak oldu

Kriminal

13 Fevral 2019 00:45 1152


II qrup Qarabağ müharibəsi əlili Əliyev Müşfiq Sərdar oğlu faciəli şəkildə həlak olub. O, avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

Müşfiq Əliyev 1969-cu ildə Ağdamda doğulub. Azərbaycanın Milli Qəhrəmanı Fred Asifin batalyonunda erməni işğalçılarına qarşı döyüşüb və yaralanıb. 2-ci qrup Qarabağ əlilidir.

“Qarabağ qaziləri”, “Vətən Müharibəsi Əlilləri” ictimai birlikləri, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred Asif) adına İnkişaf Fondu Qarabağ qazisinin vaxtsız vəfatından kədərləndiyini bildirir, qazinin ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir. Dominos pizza

Qaziler.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!