“Qarabağ” son dəqiqə qolu ilə məğlubiyyətdən xilas oldu - Yenilənib
25 Sen 2020 21:14
802

“Qarabağ” son dəqiqə qolu ilə məğlubiyyətdən xilas oldu - Yenilənib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib.

Yenisabah.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında son iki oyunundan qələbə ilə ayrılan və liderlər qrupunda qərarlaşmış “Sumqayıt” çempion “Qarabağ”ı qəbul edib. Meydan sahibləri son dəqiqələrə qədər hesabda irəli olsalar da "Qarabağ" bərabərlik qolunu vura bilib - 2:2.

Qeyd edək ki, sabah “Səbail” – “Sabah” və “Keşlə” – “Zirə” oyunları keçiriləcək. Tura bazar günü baş tutacaq “Neftçi” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

4-cü tur

25 sentyabr

“Sumqayıt” – “Qarabağ” - 2:2

Qollar: Əli Qurbani, 52, Camaləddin Xocaniyazov, 54 - Kvabena Ovusu, 59, Filip Ozobiç, 90+5

Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Rövşən Rəcəbov.

Sumqayıt. “Kapital Bank Arena”, 19:00.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər