Qarabağa dair konfrans keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Qarabağa dair konfrans keçiriləcək

Sosial

04 Fevral 2021 20:30 800


Fevralın 5-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin birgə əməkdaşlığı çərçivəsində “Qarabağın keçmişi, bu günü və gələcəyi” mövzusunda konfrans təşkil ediləcək.

Yenisabah.az-ın məlumatına görə, Fonddan bildirilib ki, konfransın keçirilməsində məqsəd Azərbaycanın və bütövlükdə türk dünyasının ayrılmaz parçası olan Qarabağ bölgəsində yerləşən tarixi, mədəni, dini abidələrə, incəsənət nümunələrinə dəyən zərəri, eləcə də bu istiqamətdə görülə biləcək işləri müzakirə etmək və tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Konfrans, həmçinin videoformat şəklində də aparılacaq.

Konfransda aidiyyəti qurumların və beynəlxalq təşkilatların rəhbərləri, səfirlər, tanınmış memarlar, mühəndislər, alimlər və tarixçilər iştirak edəcəklər. Konfrans pandemiya şəraitinə uyğun olaraq keçiriləcək. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!