Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Qarabağda döyüşən Rusiya vətəndaşına 10 il həbs verildi 
22 İyl 2021 11:16
439

Qarabağda döyüşən Rusiya vətəndaşına 10 il həbs verildi 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviç barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Yenisabah.az-ın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son söz deyib. O, özünü ittihamlardan təqsirli bilməyib.

Xatırladaq ki, prokuror çıxış edərək E. Dubakovun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib və məhkəmədən ədalətli qərar gözlədiyini deyib.

Hakimlər təqsirləndirilən şəxsə hökm oxumaq üçün müşavirəyə yollanıb.

Müşavirədən sonra təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Eduard Dubakov 10 il azadlıqdan məhrum edilib. Hökmə görə, E. Dubakov cəzasını çəkəndən sonra Azərbaycan ərazisindən məcburi çıxarılacaq.

İttihama əsasən, Eduard Dubakov Azərbaycanın işğalda olan torpaqlarına qanunsuz səfər edərək Kəlbəcər rayonu ərazisində hərbi təlimlərdə iştirak edib.

O, bu il yanvarın 14-də terror-təxribat törətmək məqsədilə Türkiyədən Bakıya gəlib. Keçirilən əməliyyat nəticəsində E. Dubakov saxlanılıb.

Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər